İran

İran Amerikanın nüvə sazişinə qayıtmasi ilə bağlı məlumat almayıb

“Tehran Amerikanın yeni seçilmiş prezidenti Cozef Baydendən atom sazişinə qayıtmaqla bağlı mesaj almayıb”. Bu fikri İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii bildirib.
“Cozef Baydenin timindən heç bir mesaj almamışıq. Ancaq Amerikanın öhdəliklərinə qeyd-şərtsiz qayıtdığına əmin olmayınca danışıqlar mənasızdır”, – deyə Əli Rabii diqqətə çatdırıb.
Bundan öncə İsrail mətbuatında məsələyə münasibət bildirilib. Belə ki, Vaşinqtonun atom sazişinə qayıtması şərtləri ilə bağlı Tehranla danışıqlar apardığı qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button