Dünya

ABŞ Türkiyənin F-35 proqramına qayıtmasına şərt qoyub

Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Türkiyə ilə onun F-35 qırıcı təyyarəsi proqramına qayıtması imkanını müzakirə edə bilər. Ancaq Ankara Rusiyanın S-400 zenit-raket sistemlərindən imtina etməlidir.

ANT-nın TASS-a istinadən verdiyi məlumata görə, Kirbi bildirib ki, F-35 proqramı Türkiyə üçün S-300 və ya S-400 raketlərinin istifadəsi ilə uyğun gəlməyəcək.

Kirbi vurğulayıb ki, bu səbəbdən müzakirələr davam edir, Türkiyə bu məsələ ilə bağlı narahatlığı aradan qaldıra bilsə, F-35 proqramına doğru hərəkəti bərpa oluna bilər.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Yunanıstana F-35 qırıcıları və lazımi avadanlıqların satışını təsdiqləyib.

Related Articles

Bir cavab yazın

Back to top button