İran

Məsumə İbtikar: “Şəxsiyyət vəsiqələrində ana adı da yazılsın”

Prezidentin Qadınlar və Ailə İşləri üzrə müavini Məsumə İbtikar milli kartlarda ata adı ilə birgə ana adının da dərc olunmasını istəyib. O, bu barədə tvitter hesabında yazıb. İbtikar məktubla daxili işlər vəzirinə müraciət etdiyini bildirib. Qeyd edək ki, Əfqanıstan prezidenti əfqanlıların sicillərində ana adının yazılması ilə ilgili 3 gün əvvəl göstəriş verib. Bu qərar beynəlmiləl insan haqları qurumlarının nəzərində müasirliyə doğru addımladıqlarını göstərmək məqsədilə verilib. Görünür Məsumə İbtikar da özünü İran xalqının içində təbliğ etmək istəyib. Habelə qadınlar sırasında məhbubiyyət qazanmaq fikrində olub. Bu səbəblə İranın daxili işlər vəzirinə namə yazdığını açıqlayıb. İbtikarın dediyinə görə, həmin naməni 2 həftə əvvəl yazıb. Ancaq indiyə kimi belə bir naməni yazdığını açıqlamayıb. Əfqanıstanda belə bir qərar verildikdən sonra dilə gətirib. Məlum olduğu kimi, İranda qadınların hüquqları geniş miqyasda pozulur. Məsumə İbtikar kimi dövlət vəzifəliləri qadınların hüquqlarının təmin olunması yönündə demək olar ki, heç bir təməl işlər görmürlər. Məsumə İbtikarın ana adının İran milli kartında yazılmasını istəməyi xalqı aldatmaqdan savayı bir şey deyil. Çünki qadınların adlarının İran milli kartlarında yazılmasının durumun yaxşılaşmasına heç bir təsiri yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button