İran

Bir çox Milli fəal kəşfiyyat idarəsinə çağırılıb

Qarabağa dəstək aksiyaları ilə bağlı bir çox fəala ittialat idarəsi tərəfindən zəng edilib. Belə ki, mehrin 14-ü İttilat idarəsi Təbriz sakini Siyamək Kuşiyə zəng edərək onu təhdid edib. Fəalın mehrin 15-i saat 11-də İttilat idarəsinə getməsi istənilib. Kuşinin idarəyə getdikdən sonra bir neçə saat soruşdurulduğu bəlli olub. Daha sonra fəal kəfalət qarşılığında müvvəqəti olaraq azadlığa buraxılıb. Kəleybər sakini şair yazıçı və jurnalist Vüqar Nemət də İttilat idarəsinə çağırılıb. Fəal bir neçə saat soruşdurmadan sonra şəxsi əşyaları alınaraq müvəqqəti olaraq azadlığa buraxılıb. Kəleybərdə musiqiçi milli mədəni fəal Məhmud Məhmudi də eyni durumla qarşılaşıb. O, İttilat idarəsinə getməyəcəyini bildirib. Daha sonra əmniyyəti qüvvələrinin məmurları fəalın evinə göndərilib. Qeyd edək ki, fəal bir gün İttilat idarəsində saxlanıldıqdan sonra azadlığa buraxılıb. Əldə olunan məlumata görə, Makı şəhərinin milli mədəni fəalları Qarabağa dəstək olmaqda ittiham edilərək İttilat idarəsinə çağırılaraq saxlanılıblar. Məlumata görə, Meysəm Himmətzadə 8 gündür İttilat idarəsində saxlanılır. İndiyə kimi onunla bağlı heç bir bilgi yoxdur. Eləcə də Asiya boksunun qəhrəmanı Sasan Əminzadə, ədəbiyyatçı Əli İsazadə, Hafiz Həsənzadə, jurnalist Mehrab Məqsudi, şair və yazar Cahanbəxş Sultanzadə, Bəhmən Nəsirzadə, Məcid Cəfərzadə, Əhməd Məhəmmədi İttilat idarəsinə çağırılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button