İran

İran rəsmiləri Suriyada müharibə cinayəti törətdiklərinə görə mühakimə oluna bilərlər

Tehran və Dəməşq hərbi rəhbərliyinin Suriyadakı vətəndaş müharibəsində törətdikləri cinayət halları ilə bağlı sənədlər Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilib.

Tehran və Dəməşq hərbi rəhbərliyinin Suriyadakı vətəndaş müharibəsində törətdikləri cinayət halları ilə bağlı sənədlər Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilib.

“Aznews tv” xəbər verir ki, bu barədə “GADTB” xəbər ajansı məlumat yayıb.

Bildirilir ki, həmin sənədlərdə Suriya hökumət qüvvələrinin və İranın dəstəklədiyi silahlı proksi (niyabəti) qruplaşmalarının hücumları və hədə-qorxularından sonra Suriya vətəndaşlarının İordaniyaya qaçmağa məcbur edilməsinə dair sübutlar var.

Sözügedən sənədləri Amerikada yerləşən İran İnsan Haqları Sənədləşdirmə Mərkəzi britaniyalı vəkillə birgə Beynəlxalq Cinayətlər Məhkəməsinə təqdim edib.

Hesabata görə, qurbanlar arasında 2011-2018-ci illər arasında peşəkar fəaliyyətlərinə, eləcə də Bəşər Əsəd rejiminə müxalif olduqlarına görə Suriya hökumət qüvvələri tərəfindən hədəfə alınmış, təhdid və qorxuya məruz qalmış bir neçə jurnalist də var.

Related Articles

Bir cavab yazın

Back to top button