Azərbaycanİran

Təbrizdə yenidən elektrik enerjisinin kəsilmələri başlayıb

Elektrik enerjisi kəsintisinə görə Təbriz hava limanının fəaliyyətində problemlər yaranıb, Təbriz-İstanbul uçuşu bir saat gecikib.

Bununla yanaşı, avqustun 23-ü gecə saatlarından başlayaraq bir neçə bölgədə, o cümlədən on minlərlə ailənin məskunlaşdığı Əndişə və Nəsr şəhərciklərində elektrik enerjisinin verilişi dayandırılıb.
Avqustun 25-i verilən məlumatlara görə, elektrik enerjisi kəsintiləri bir çox bölgələrdə, o cümlədən şəhərin mərkəzi hissələrində davam edir.

Bildirilir ki, elektrik enerjisi kəsintiləri davamlı olduğuna görə, mərkəzi küçələrdəki iş yerləri və mağazalar elektrik generatorları quraşdırmağa məcbur olublar.

#Tebriz #isiq

Related Articles

Bir cavab yazın

Back to top button