İran

LORİSTAN USTANINDA ZƏLZƏLƏ OLUB

Loristan Ustanında səhər ordibehişt ayının 19-u tarixində nisbətən güclü zəlzələ olaraq əhalinin parklarda izdihamına və toplaşmasına səbəb olub. Parklara giriş isə koronanın yayılmasını önləmək üçün 1 ay qabaq qadağan olunmuşdur, amma zəlzələ olduğuna görə əhali məcbur olaraq oralarda toplaşıblar.
Məlumata görə, 17 ordibehişt tarixində Ələştər bölgəsinin Firuzabad şəhərində 5 rişterlik zəlzələ olmaqla Loristan Ustanının müxtəlif şəhərlərini silkələmişdir və əlavə olaraq bu gün səhər cümə günü Tehranda da 5 rişterlik zəlzələnin olduğu xəbəri yayılaraq iztiraba səbəb olub. Loristanda Tehran zəlzələsi barədə bilgilər məcazi məkanda müzakirə olunarkən bu gün səhər saat 1:46 dəqiqədə Firuzabadda 4 rişterlik zəlzələ olaraq Ələştər, Xürrəmabad, Nurabad, Çəgəni kimi şəhərləri və onların ətraf kəndlərini yenidən titrədib.
Əhali zəlzələnin olunduğundan bir neçə dəqiqə sonra, ilkin ehtiyaclarını toplayaraq cari ilin əvvəlindən girşinə qadağa qoyulmuş parklara və bağlara sarı üz tutublar. Beləliklə də zəlzələ bu yerlərin qadağasının qırılmasına səbəb olub.
Hal hazırda isə Kiv əyləncə gölü və Xürrəmabadın Zibakənar bölgəsində çoxlu izdiham var, otomobillərin üçün yer tapılmır.
Əhali də korona üzrə behdaşti protokollara riayət etmədən, mask və əlcəkdən istifadə etməyərək bu yerlərdədirlər. Maraqlısı budur ki, əldə satanlar da burada paxla, çağala, çay və bəzi çərəz satışı ilə məşquldurlar.
Belə bir halda koronaya tutulmanın artacağı gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button