İran

Sistan və Bəluçistanın bir sıra şəhərlərində etiraz mitinqləri keçirilib

Sistan və Bəluçistan əyalətinin bir sıra şəhərlərində yanacaq daşıyanların güllələnməsinə etiraz etmək məqsədilə etisablar keçirilib. Bundan başqa, iş yerlərinin tətil edilməsi barədə də xəbərlər yayılıb. Paylaşılan videogörüntülərdə mitinq iştirakçılarının polis maşınlarına xəsarət yetirdikləri əks olunub. Zahidan vilayətinin fərmandarı Əbuzər Mehdi Nəxəi etirazçıların Korin və Qala Beyd pasqahlarını ələ keçirmək istədiklərini bildirib. Hücum zamanı 1 polis əməkdaşı həyatını itirib. Məlumata görə, polis tərəfindən Zahidan şəhərində əmniyyət tədbirləri gücləndirilib. Sünnilərin imam-cüməsi Moləvi Əbdül Həmidi yaydığı səs qeydində əhalini etirazlardan çəkinməyə çağırıb. Qeyd edilənə görə, Korin qəsəbəsindəki qarşıdurmalar isfənd ayının 6-da da davam edib.

Related Articles

Bir cavab yazın

Back to top button