Dünya

ÖZBƏKİSTAN ƏNƏNƏVİ ENERJİDƏN İSTİFADƏDƏ SƏMƏRƏLİ YOLLAR AXTARIR

Özbəkistan elektrik enerjisinin tolidində qazdan istifadəni azaltmağı planlaşdırır
Mərkəzi Asiyanın iri qaz hasilatçısı Özbəkistan ənənəvi enerjidən daxili bazarda daha rasional istifadə etməyi planlaşdırır. Bununla əlaqədar olaraq hökumət ölkənin elektrik enerjisinə olan tələbatını orta perspektivdə yaşıl enerji hesabına ödəməyi düşünür.
Bu məqsədlə Özbəkistanın Energetika vəzirliyi hazırda beynəlxalq mütəxəssislər cəlb edilməklə Milli Azkarbonlu İnkişaf Stratejisinin hazırlanması üzərində işləyir.
Energetika vəzirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, sənəd ətraf mühitə daha az mənfi təsir göstərəcək elektrik enerjisi tolidininn keçidini əks etdirir. Söhbət aşağı səviyyədə gülxana qaz tullantıları yarada biləcək elektrik enerjisi tolidindən gedir.
Xatırladaq ki, cari ilin may ayında Asiya İnkişaf Bankı və Dünya Bankının iştirakı ilə hazırlanan “Özbəkistanın 2020-2030-cu illər üçün elektrik enerjisi ilə təmin edilməsi” Davamlı İnşkiafı qəbul edildi. Bu tərəqi pilləsi mövcud elektrik isqahlarının modernləşdirilməsini və bərpa olunan enerji mənbələri və tikilməsi planlaşdırılan atom elektrik isqahı vasitəsilə yeni növ enerji tolidini nəzərdə tutur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Özbəkistan hökuməti 2030-cu ildə 2010-cu ilə nisbətən gülxana qazı tullantılarının emissiyonunu yüzdə 10 azaltmağı planlaşdırır.
Sözügedən davamlı İnkişaf əsasında hal-hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının mütəxəssislərinin iştirakı ilə Özbəkistanın Milli Azkarbonli İnkişaf Stratejisi hazırlanır. Energetika vəzirliyi bunun vacibliyini bir tərəfdən ölkənin enerji təchizatı problemlərinin həlli, digər tərəfdən isə ətraf mühitə vurulan təsirlərin azaldılması ilə izah edirlər.
Sənəd Özbəkistanda azkarbonlu enerjiyə keçidin bərpa olunan enerji tolidinin xüsusi çəkisinin artırılması hesabına artırmağı nəzərdə tutur. Tərhə görə, 2030-cu ilə qədər Özbəkistan ümumi gücü 3 giqavat olan külək elektrik istqahları, ümumi gücü 5 giqavat olan günəş elektrik istqahlarının, habelə 2.4 giqavat gücünə sahib atom elektrik istqahlarının istismara verilməsi gerçəkləşməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button