İran

Milli fəal Vədud Əsədi həbs olunub

Güney azərbaycanlı fəal oktyabrın 30-da Rəşt şəhərində saxlanılıb.

Gilan əyalətinin Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Mədud Əsədi oktyabrın 30-da təhlükəsizlik məmurlarının yaşadığı evə basqını zamanı həbs olunub.

Məmurlar evə basqın zamanı Əsədi və onun ailə üzvlərinin 4 mobil telefonunu , milli fəala aid kompüteri müsadirə ediblər.

Onun həbs səbəbi barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurlarının təhdidlərinə məruz qalıb.

Bununla yanaşı, o, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dıstəyə etiraz, Azərbaycan Ordusuna dəstək aksiyasında iştirak etdiyinə görə 13 gün müddətinə saxlanılmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button