Azərbaycanİran

Xaməneyinin Təbrizdə ki numayəndəsi Rusiyayanın hərbi təcavüzünə qarşı çıxanları rəzil adlandırıb

O, Ukraynanı müdafiə edənləri rəzil adlandırıb.

Təbrizin müvəqqəti cümə imamı Mehdi Ali Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə haqq qazandırıb və Ukraynanı müdafiə edən sosial media istifadəçilərini rəzil adlandırıb.

“Ölkə daxilində bir sıra alçaq məşhurlar Ukraynaya dəstək verir, paylaşımlar edir və hətta qurbanlar üçün şam yandırırlar”-deyə, Xaməneyinin nümayəndəsi bunu ictimai rəyi aldatmaq kimi dəyərləndirib.

Onun, Ukraynaya dəstək mesajları paylaşan tanınmış sosial media istifadəçilərini bu günə kimi lal olmaqda, indi isə Ukraynaya dəstək üçün danışmağa başlamaqda günahlandırması kimi anlaşlmaz ifadələri sosial media fəallarının reaksiyasına səbəb olub.

Mehdi Ali, Rusiyaya qarşı başladılan kampaniyaları və atılan addımları məqsədli şəkildə ictimai rəyin çaşdırılması adlandırıb.

Qeyd edək ki, son günlər başda İranın ali rəhbəri Əli Xamneyi olmaqla İran rəsmiləri, o cümlədən prezident İbrahim Rəisi və başqa vəzifəlilər Ukraynadakı mövcud vəziyyətə münaisbət bildiriblər.

Onlar Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb, Amerikanı “şeytan” adlandırıblar.

İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button