İran

İran koronavirusa qarşı peyvəndin vurulmasına başlayıb

İran koronavirusa qarşı öz istehsalı olan vaksinin insanlar üzərində sınaqlarına başlanıldığını açıqlayıb. Bu barədə İranın Qida və Dərman Məhsullarına Nəzarət İdarəsinin nümayəndəsi Kianuş Cahanpur bildirib. Onun sözlərinə görə, sınaqlar bir ay ərzində könüllülər üzərində aparılacaq. Vaksin 18-50 yaş arası olan və koronavirus testi mənfi çıxan könüllülərə iki dəfə vurulacaq. Vaksinasiyadan sonra antikorların və immunitetin səviyyələri yoxlanılacaq. Xatırladaq ki, daha əvvəl İranın səhiyyə naziri Səid Nəməki yerli vaksinin gələn ilin yazına qədər sənaye istehsalına hazır olacağına ümid etdiyini bildirmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button