Azərbaycanİran

Milli fəallar Urmiya gölü ilə bağlı aksiya keçiriblər

Tehranda yaşayan milli fəallar “Urmu gölü olmasa, İran da yox olacaq”, “Save Urmia Lake” yazılı pankartlar paylayıblar.

Bununla fəallar hökumətə bir daha gölün qurumasına diqqət yetirmək, Azərbaycanın sərvətinə biganə qalmamaq, “türkləri dədə-baba yurdundan köç etmək” kimi çirkin siyasətdən əl çəkmək haqqında xəbərdarlıq ediblər.

Qeyd edək ki, Urmiya gölü quruyarsa, 14 milyon azərbaycanlı məcburi köçkünlük riski ilə üzləşəcək.

İranın ən böyük gölü və dünyanın altıncı ən böyük duz gölü olan Urmiya 1980-ci illərin ortalarında kiçilməyə başlayıb və bu gün duz içində boğularaq ölmək üzrədir.

#Urmiya

Related Articles

Bir cavab yazın

Back to top button