Azərbaycanİran

Tehranda Qarabağ aksiyası keçirib

Keçən həftə Qarabağın xəritəsi, Güney Azərbaycan və Azərbaycan Respublikasının bayraqları olan plakatların yapışdırıldığı avtomobil (iki maşının müşayiəti ilə) İran paytaxtının mərkəzində bir saat yarım dolaşıb.

Plakatlarda fars dilində yazılar qeyd olunmuşdu: “Qarabağ Azərbaycandır”, “Güney Azərbaycan Quzey Azərbaycanla birlikdədir”.

Maşın bir neçə dəfə İran Elm və Texnologiya Universitetinin, Şəhid Behişti Universitetinin yataqxanasının və Əl-Zəhra məscidinin yanından keçib.

Məqsəd İranın “ürəyində” milli fəallarının Azərbaycanın Qarabağda suverenliyinin tam bərpasını dəstəklədiklərini nümayiş etdirmək olub. Tədbir İranın işğalı altında olan Güney Azərbaycan sakinlərinə yönəlmiş törəmə Telegram kanalı olan Güney AZfront-un abunəçiləri tərəfindən təşkil olunub.

Videoçarxları məxfilik səbəbindən yalnız indi dərc edirik – etirazçılar artıq Tehranı tərk edərək ölkənin digər bölgələrinə qayıdıblar.(GüneyAZfront)

Related Articles

Bir cavab yazın

Back to top button