İran

Sepah generalı İsraili “dağıdıcı hücum”la təhdid edib

"Aznews tv" xəbərinə görə, o, Sepah komandanlarının iclasında bildirib ki, İsrail İrana hücum edərsə, buna lazımı cavab veriləcək.

Sepah generallarından olan Qulaməli Rəşid İsraili “dağıdıcı hücumla təhdid edib”.

“Aznews tv”  xəbərinə görə, o, Sepah komandanlarının iclasında bildirib ki, İsrail İrana hücum edərsə, buna lazımı cavab veriləcək.

Generalın iddiasına görə, ölkəsi İsrailin İrana hücum etmək üçün istifadə etdiyi bütün mərkəz və bazaları hədəf alacaq.

Qeyd edək ki, son həftələrdə İsrail rəsmiləri dəfələrlə İranın atom mərkəzlərinə hücum etmək planlarının olduğunu bildiriblər. Hətta son bir neçə il ərzində İranda dəfələrlə atom təsisatları, gizli raket bazaları və digər bu kimi məkanlarda İsrail kəşfiyyatı tərəfindən törədildiyi deyilən partlayışlar baş verib.

Bundan başqa, bir neçə ildir İsrail Suriya və İraqda Sepah qüvvələrini və İranın dəstəklədiyi yaraqlı dəstələri tez-tez bombalayır. Bunun nəticəsində indiyədək minlərlə Sepah üzvü və yaraqlı öldürülüb. Rəsmi Tehran isə bütün bu əməliyyatlara “sərt bəyanatlar”dan başqa heç bir reaksiya verə bilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button