BölgəDünya

Türkmənistan polisinə arıqlamaq üçün bir ay vaxt verilib

Türkmənistan daxili işlər nazirliyinin əməkdaşları hazırda attestatiyadan keçirlər. Qarşıya qoyulan tələblərdən biri əməkdaşların çəkisinin azaldılması ilə bağlıdır.

Verilən məlumata görə, hüquq mühafizə əməkdaşlarından tələb olunan odur ki, çəkiləri 100 kiloqramı keçməsin.

AzadlıqRadiosunun əməkdaşları ilə danışan polis əməkdaşlarının sözlərinə tələblər sərt şəkildə irəli sürülüb. Xüsusilə, Daxili İşlər Nazirliyinin hazırkı rəhbərinin “yağlı polisləri sevmədiyini” izah edərək polisə çəkini tənzimləmək üçün bir ay vaxt verilib.

“Şifahi sərəncama uyğun olaraq, bütün polis bölmələrinin işçilərinə xəbərdarlıq edilib ki, dekabrın 25-dək arıqlaya bilməyən hər kəs, rütbəsinə baxmayaraq işdən azad olunması ilə bağlı ərizə yazmağa məcbur ediləcək”.

Türkmənistanın Marı şəhərindən gələn xəbərlərdə hazırda yerli polislərin arıqlamaq tələbləri ilə fiziki təlimlərə başladıqları bildirilir.

“Hər gün Marıdakı Aşqabad küçəsindəki stadionda arıqlamaq tələbi ilə polislərin qaçdığını görmək olar. Bundan başqa polislər futbol və “İlham” sarayındakı idman zalında voleybol oynayırlar” deyə AzadlıqRadiosunun müxbirləri bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button