İran

İran Ermənistandan narazıdır -Video

Ermənilərin son addımları ikitərəfli ticarətə mənfi təsir göstərir

İran-Ermənistan Birgə Ticarət Otağı başqanı deyib: Ermənistan bu yaxınlarda öz sınırında nəzarət-buraxılış postu quraraq İrana aid hər bir yük maşınından 130 dolar alır. Bundan başqa, ermənilər İran yük maşınlarına ölkələrinə geri qayıdarkən də problemlər yaradır və onlardan artıq pul tələb edirlər. Əslində Ermənistan bunu etməklə İranın sadirat xərclərini artırır ki, bu da otomatik olaraq ticarətimizə mənfi təsir edəcək və onu azalda bilər.

Hervik Yarıcanyan açıqlamasında İran və Ermənistan arasındakı son ticarət durumu haqqında bunları deyib: İranın Ermənistana sadirat həcmi kəskin artıb, ancaq bu ölkənin İrandan yanacaq tədarükü yay aylarında pik həddə çatdığından, ikitərəfli mübadilə həcminin dəqiq amarı və Ermənistana sadiratımızın artım miqdarı gələcəkdə bəlli ediləcək.

Onun sözlərinə görə, Ermənistana əsas yanacaq tədarükçülərindən olan Türkiyədən bu ölkəyə yanacaq sadiratı dayanıb və İran bir qədər Türkiyənin yerini ala bilib.

İran-Ermənistan Birgə Ticarət otağı başqanı qeyd edib: “İndi Ermənistana bir çox xammal növləri, o cümlədən polimer, tikinti malları və müxtəlif xidmətlər İran tərəfindən təmin edilir”.

Related Articles

Bir cavab yazın

Back to top button