Dünya

Uğur Şahin: “Çin vaksini infeksiyona qarşı yetərincə təsirlidir”

“Çin vaksini infeksiyona qarşı yetərincə təsirlidir. Çin və ya başqa ölkənin tolidi olan vaksinlər narahatlıq yaratmasın. Çinlilər də bu vaksin üzərində uzun bir zaman işləyib və klinik sınaqlardan uğurla keçiriblər. Əsas məsələ yetərincə sayda vaksinin Türkiyəyə yetişməsidir. Bu vaxta qədər hazırlanan vaksinlər virusa qarşı yaxşı təsirdədir”. Bu fikirləri “Pfizer/BioNtech” vaksininin ixtiraçısı, türk əsilli professor Uğur Şahin ifadə edib.
Qeyd edək ki, Türkiyə Çində fəaliyyət göstərən dünyaca məşhur “Sinovac Biotech” dərman şirkətinin tolid etdiyi “Sinovac” vaksinindən 50 milyon doz sifariş edib. Bu vaksinin ilk partının desambrın 28-də Türkiyəyə gətirilməsi gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button