İran

Türkiyə zindanlarında 2 min iranlı məhkum var

Bu barədə İran məhkəmə sisteminin rəsmisi məlumat verib.

İran Məhkəmə Sisteminin beynəlxalq məsələlər üzrə rəis müavini Kazım Qəribabadi 3800 İran vətəndaşının xarici ölkələrin zindanlarında məhkumluq həyatı yaşadıqlarını deyib.

O, ən çox iranlının. 2 min nəfərin Türkiyə zindanlarında olduqlarını deyərək. xaricdə məhkum olunan İran vətəndaşlarının bir sırasının qondarma ittihamlarla və sanksiya şərtlərini pozmaq ittihamı ilə həbs olunduqlarını iddia edib.

Bundan öncə Həsən Ruhani hökumətinin Parlament və Xarici İşlər Nazirliyinin Xarici Ölkələrdə Yaşayan İranlılarla iş üzrə nümayəndəsi Hüseyn Pənahi Azər xaricdə məhbus iranlılarının sayının 2916 nəfər olduğunu bildirmişdi.

Kazim Qəribabadinin verdiyi məlumatda isə bu müddət ərzində xaricdə məhkum olunan iranlılarının sayının 31% artdığı görünür.
Qeyd edək ki, hal-hazırda Türkiyə Cumhuriyyəti zindanlarında 10209 xarici vətəndaş saxlanılır və onların ortalama 25%-i iranlılardan ibarətdir.

Qəribabadinin iddialarının tərsinə olaraq, onların bir çoxu “Sepah” və İran kəşfiyyat xidmətinin göstərişi ilə sanksiyalardan yayınmaq əməliyyatlarında iştiraklarına, İran xeyrinə casusluqda və narkotuk alverinə görə məhkum olunublar.

 

آخرین روزهای مأموریت در وین.. منصب جدید غریب‌آبادی در قوه قضائیه

Related Articles

Bir cavab yazın

Back to top button