Dünyaİran

İran və Rusiya birgə gəmiçilik şirkəti yaratmaq niyyətindədir

İran və Rusiya beynəlxalq sanksiya və ikitərəfli əlaqələrin genişləndirilməsi fonunda birgə gəmçilik şirkətinin yaradılması planlarını müzakirə edib.

Bu barədə ISNA məlumat yayıb.
Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forumda (BİF) iştirak etmək üçün Rusiyaya səfər edən İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Rusiya Prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin və Volqa çayı bölgəsinin qubernatorları ilə görüşdə Tehran və Moskva arasında ortaq gəmiçilik şirkətinin yaradılması, iki ölkə arasında ticarət və tranzitin genişləndirilməsi, Rusiyanın üç limanında çay qovşağının yaradılması layihəsi və ümumilikdə İranla Rusiya arasında əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
İranlı nazir mümkün qədər tez bir zamanda birgə yükdaşıma şirkətinin fəaliyyətə başlamasına çağırış edib.
Qeyd edək ki, ötən ay CNN Tehranın Moskvaya şübhəli silah yüklərini ötürmək üçün Xəzər dənizindən istifadə etdiyinə dair xəbər yaymışdı.
Qeyd olunub ki, iki ölkə arasında əməkdaşlıq dərinləşdikcə Xəzər dənizi marşrutunun Rusiyanın Ukraynada istifadə etmək üçün İrandan aldığı pilotsuz təyyarələr və döyüş sursatlarının daşınması üçün istifadə olunur.

Related Articles

Bir cavab yazın

Back to top button