İran

İran həbsxanalarında 7 məhbus edam edildi

İranın Kərəc, Tehran, Bircənd, Kirman və Qəzvin şəhərlərinin həbsxanalarında 7 məhkum edam edilib.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Edam edilənlərin narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırıldıqları bildirilib.

İki gün əvvəl BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman cari ildə bu ölkədə 419 məhkumun edam edildiyini deyib.

Qeyd edək ki, İranda son bir il ərzində isə 659 məhkum edam edilib.  Beynəlxalq təşkilatların hesabatına görə, İran adambaşına düşən vətəndaşların edamına və edam nisbətinə görə dünyada birinci yerdədir.

Related Articles

Bir cavab yazın

Back to top button