Dünya

Avstraliyalı jurnalist: Evin zindanında mənə əxlaqsız təkliflər olundu

O, İsrailə casusluqda ittiham olunaraq Tehranın evində zindanında saxlanılırdı.

İranda “İsrailin xeyrinə casusluq” ittihamı ilə 804 gün həbs edilən avstraliyalı akademik Kayli Mor Gilbert, bir müddət əvvəl Evin zindanında cəzasını çəkərkən ona əxlaqsız təkliflər edildiyini deyib.

“Zindan rəisi mənimlə sevgi münasibətləri qurmaq istəyir, bir dəfə mənə tort alaraq ad günümü keçirdi”-deyə, avstraliyalı jurnalist martın 24-də verdiyi açıqlamada bildirib.

O, zindan rəisinin onun bütün həyatına nəzarət etdiyini, ona vurulduğu üçün zindandan buraxılmasını 7 ay gecikdirdiyini söyləyib.

“İslam mədəniyyəti” tədqiqatçısı olan Gilbert 2018-ci ilin sentyabr ayında İranda keçirilən elmi knfransa qatıldıqdan sonra ölkədən çıxarkən Tehranın “Xomeyni” hava limannda təhlükəsizlik məmurları tərəfindən saxlanıldı.

Xanım Gilberti İsrailin xeyrinə casusluqda ittiham edərək 10 il həbs cəzasına məhkum edən İran məhkəməsi heç bir fakt göstərmədən yalnız onun həyat yoldaşının israilli olduğu üçün həbsinə qərar vermişdilər.

Uzun müddət ETTELAAT-ın təkadamlıq kamerada saxlanılan jurnalisti İran təhlükəsizlik məmurları öz xeyirlərinə casusluq etməyə qane edə bilmədikləri üçün Evin həbsxanasına göndərdilər.

Kayli More Gilbertin zindandan gizli şəkildə Avstraliyanın baş naziri Eskat Morisona göndərdiyi məktubundan İran təhlükəsizlik məmurlarının ondan yem imi istifadə edərək israilli həyat yoldaşını tələyə salmaq istədikləri məlum olmuşdur.

O, nəhayət noyabr 2020-ci ildə Taylənddə terror hadisəsində iştiraka görə saxlanılan və İrana bağlı olan şəxslərlə dəyişdirilərək ölkəsinə qaytarıldı.

Related Articles

Bir cavab yazın

Back to top button