İran

İranın Ukrayna məsələsinə münasibəti: ABŞ və NATO işləri çətinləşdirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanın Ukraynanın şərqindəki separatçıları qeyri-qanuni tanınmasına münasibət bildirərkən, NATO və Amerikanın vəziyyəti mürəkkəbləşdirdiyini deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanın Ukraynanın şərqindəki separatçıları qeyri-qanuni tanınmasına münasibət bildirərkən, NATO və Amerikanın vəziyyəti mürəkkəbləşdirdiyini deyib.

“Aznews tv” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yaydığı bəyanatında bildirilib:

“Amerika mərkəzli NATO-nun müdaxiləsi və təxribatçı hərəkətləri bölgədə vəziyyəti çətinləşdirib”.

Rusiyanın işğalçı hərəkətlərinə bir növ dəstəyini ifadə edən bu bəyanatda Xətibzadə məsələni yaxından izlədiklərini bildirib.

Qeyd edək ki, özünü dünya məzlumlarının müdafiəçisi kimi qələmə verən İran hakimiyyəti bu dəfə də məzlum Ukrayna xalqının deyil, işğalçı Rusiya hakimiyyətinin yanında durmağı seçib. Rusiyanın işğalçı davranışlarını da, özünə düşmən adlandırdığı və hər fürsətdə “Amerikaya ölüm” şüarları səsləndirdiyi Amerika ilə əlaqələndirib, sanki Rusiyanın süddən çıxmış ağ qaşıq olduğunu bəyan edən Tehran rejimi bölgədə ikibaşlı oyun oynama davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button