İran

Şərqi Azərbaycanda son günlərdəki yol qəzaları barədə açıqlama

Şərqi Azərbaycanda marsın 15-dən bəri qeydə alınan yol təsadüflərində 12 nəfər ölüb, 755 nəfər yaralanıb. Ötən ilin eyni dövründə isə yol təsadüfləri zamanı 12 nəfər həyatını itirib, 431 nəfər yaralanıb. Bu barədə Şərqi Azərbaycan Urjansının rəisi doktor Fərzad Rəhmani bildirib. Onun sözlərinə görə, bölgədə 133 urjans mərkəzi fəaliyyət göstərir. Mərkəzlərdən 32-si Təbrizdə, 82-si isə əyalətin başqa şəhərlərində fəaliyyət göstərir. Rəhmani Təbriz və Miyananın iki hava urjans mərkəzinin də hazırlıq vəziyyətinə gətirildiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button