İran

İranın məhrumlarının sayı 26 milyon 700 min nəfərdir.

Ötən ilin Payızında İranda Yoxsulluq və Məhrumluq Nırxının ortalama miqdarı yüzdə 31.4 zirvəsinə çatmışdır, bu isə ötən 10 ildə ən yuxarı rəqəm hesab olunur

Ötən ilin Payızında İranda Yoxsulluq və Məhrumluq Nırxının ortalama miqdarı yüzdə 31.4 zirvəsinə çatmışdır, bu isə ötən 10 ildə ən yuxarı rəqəm hesab olunur. Cəmiyyətinin yüzdə 62-nin məhrum olması ilə Sistan-Bəluçistan Əyaləti ən pis durum üzrə rekord saxlayır, Yəzd Əyaləti isə, yüzdə 16 nırxı ilə yoxsulluq baxımdan ən yaxşı durumda olmuşdur. 1399-cu ildə korona şoku başlamaqla, camiənin rifahı səviyyəsi azalmaqla yanaşı, ölkədə Adam Başına Gəlir və İşlə Məşğulluq da ciddi müşkülə tuş gəlmişdir, bununla da məhrumluq vəziyyəti və yoxsulluq miqdarının artmasına yol açıq qalmışdır. 98-ci ildə yeyinti maddələri və məskəndə yüksək təvərrüm, yoxsulluğa başlıca amillər olduğu bildirilmişdir. 1399-cu ildə ailələrin yeyinti maddələrə ümumi xərclərinin miqdarı yüzdə 23.4 artmış, bu isə 1398-ci ilə görə yüzdə 1.3 çoxalmışdır. 98-ci ildə 97-ci ilə nisbət hardasa yüzdə 38 böyümüş Yoxsulluq Nırxının artması gedişi, 99-cu ilin sonuna kimi davam etmiş və gözlənilir ki,hətta 1400-cü ildə də davam edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button