İran

Jurnalistlərin Müdafiəsi Komitəsi: İranda internetə məhdudiyyət qoyulması ilə bağlı məclisin planı narahatlıq doğurur

  Jurnalistlərin Müdafiəsi Komitəsinin Şimali Afrika və Yaxın Şərq üzrə həmahəngçisi Şərif Mənsur deyib: "İran qanunvericiləri jurnalistlərin və vətəndaşların işlərinə nəzarət etmək yerinə, bilgilərin azad axını yollarını tapmalıdırlar".

Jurnalistlərin Müdafiəsi Komitəsi abanın 10-dakı açıqlamasında İslam Şura Məclisinin İranda internetə məhdudiyyətlərin daha da artırılması ilə bağlı qərarının narahatedici olduğunu vurğulayıb.

Jurnalistlərin Müdafiəsi Komitəsinin Şimali Afrika və Yaxın Şərq üzrə həmahəngçisi Şərif Mənsur deyib: “İran qanunvericiləri jurnalistlərin və vətəndaşların işlərinə nəzarət etmək yerinə, bilgilərin azad axını yollarını tapmalıdırlar”.

O, habelə bildirib: “İnternetə azad girişə maneələrin qoyulması jurnalistlərin öz vəzifələrini yerinə yetirməsinə mane olanda, bütün cəmiyyət əziyyət çəkir”.

Bildirək ki, “qorunma planı” kimi də tanınan “İstifadəçilərin hüquqlarının və məcazi fəza proqramlarının əsas xidmətlərinin qorunması” adlı layihə 37 maddəlidir və indi İslam Şurası Məclisinin gündəliyindədir.

Xatırladaq ki, Əli Xameneinin son aylarda İranda ictimai şəbəkələri “özbaşına buraxılmış” adlandırmasından və yetkli orqanların interneti məhdudlaşdırmamasını tənqid etməsindən sonra məclis ictimai şəbəkələrdə məhdudiyyətləri daha da artıracaq “Qorunma layihəsi”ni gündəliyə salıb.

Related Articles

Bir cavab yazın

Back to top button