Azərbaycan

Urmu gölü aksiyalarında saxlanılan 7 təbrizli fəal müvəqqəti azadlığa buraxılıb

Onlardan yazılı öjdəlik alınıb.

İyulun 16-da Urmu gölündə baş verən ekoloji faciəyə etiraz aksiyalarında saxlanılan 7 təbrizli milli-mədəni fəal yazılı iltizam verdikdən sonra müvəqqəti olaraq azadlığa buraxılıb.

İyulun 19-da sərbəst buraxılan fəallar Urmu ekoloji problemlə bağlı Təbrizdə dinc aksiyaya qatıldıqları üçün saxlanılmışdılar.

Həmid Purvəli, Yunis Quli-zadə, Əlirza Fəthivənd, xanım Abbaspur, Mehdi Miri, Calal Dehqan və Əlirza Məqsudi sərbəst buraxılsa da Urmu və Təbriz zindanlarında çox sayda dinc aksiyaçı saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button