AzərbaycanDünya

İraq mətbuatında “Nizami Gəncəvi ili” ilə bağlı materiallar dərc edilib

Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması barədə imzaladığı qərar İraq mətbuatında dərc edilib. Belə ki, İraqın “Əl-Sabah” qəzetində, “blogspot”, “ashourland” və başqa saytlarda yerləşdirilən materiallarda Azərbaycan tarixinə, mədəniyyətinə, ədəniyyatına qayğı ilə yanaşıldığı vurğulanıb.
Məlumatlarda bildirilib ki, Nizami Gəncəvi təkcə Azərbaycanın deyil, bütövlükdə İslam aləminin görkəmli şairi hesab olunur. Yazılarda Nizami Gəncəvinin əsərlərinin şairanə təsirindən, onun yaradıcılığının özəlliyindan bəhs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button