İran

İranda çörəyin qiyməti yenidən yüzdə 40 bahalaşıb

İranın bütün bölgələrində çörəyin qiymətində yüzdə 40 artım olub.

Bu haqda Kerman ustanının Ticarətçilər Otağının başqanı Yusif Cəfəri bildirib.

Onun sözlərinə görə, bu il işçilərin aylıq maaşları yüzdə 39 artıb. Bu da çörəkxanaların xərclərinə təsir etdiyindən çörəyin qiyməti yüzdə 40 bahalaşıb.

Çörəyin qiymətinin çörəkxanaların xərclərinə görə təyin olunduğunu deyən Cəfəri bildirib: “Kermanda çörəkxanalar uzun müddətdir ki, qiymət artımı istəyirlər və indi bu qiymət artımı üç ildən sonra gerçəkləşib”.

Related Articles

Bir cavab yazın

Back to top button