Azərbaycanİran

Ayxan zəncanlıların ən xoşladığı oğlan adıdır

“Cari ilin (İran təqvimi ilə mart ayından iyuladək) ilk 5 ayında yenidoğulmuş oğlanlar üçün ən çox seçilən adlar sıra ilə Ayxan, Əmirabbas, Əmirəli, Hüseyn və Əmirhüseyn olub”, – deyə VVAQİ-nin sədri Mehdi Jaləçian açıqlama verib.

“Habelə yenidoğulmuş qızlar üçün sıra ilə Fatimə, Mahlin, Zəhra, Reyhanə və Aysan adları daha çox seçilib. Həmin müddətdə Zəncan əyaləti üzrə 5 min 701 körpə doğulub”, – Jaləçian İranın IRNA dövlət xəbər agentliyi ilə müsahibəsinin davamında qeyd edib.

Vurğulayaq ki, güney azərbaycanlılarda milli kimliyin oluşdurulması üçün körpələrə Azərbaycan adlarının, o cümlədən müasir hesab olunan Ayxan, Aysan, Elin, Elşən və tarixçəsi əski çağlara söykənən Telnaz, Bağdagül, Tərlan kimi adların körpələrə qoyulması çox önəmli rola malikdir.

Məhz buna görə İranın dini-şovinist hakimiyyəti güney azərbaycanlılarda xalq kimi müstəqil atribut oluşduran belə bir kimliyin formalaşdırılmasının qarşısını almaq məqsədilə İranın VVAQİ-lərinə birbaşa rəsmi təlimat verib.

Related Articles

Bir cavab yazın

Back to top button