İran

Ərdəbildə köhnə tikilidə yaşayanların sayı açıqlanıb

Ərdəbil Ustanının Yol və Şəhərçilik İdarəsinin müdiri ustan cəmiyyətinin yüzdə 30-nun köhnə tikili evlərdə yaşadığını bildirib. Məhbub Heydərinin sözlərinə görə, dövlət köhnə tikili yerlərin dəyişməsi üçün az bəhrəli vam verib. Araşdırmalara əsasən, Ərdəbildə 20, Meşginşəhrdə 12, Parsabad və Muğanda 11 məhəllə, Xalxalda isə 7 məhəllənin könə tikili olduğu təsbit edilib.

Məhbub Heydəri vurğulayıb ki, Ərdəbildə 963 hektar, Parsabadda 248 hektar, Meşginşəhrdə 95 hektar və Xalxalda 84 hektar köhnə tikili yerləri istifadəyə yararsızdır.
Quruma Milli Məskən Tərhi üçün 9 min nəfərin müraciəti daxil olub. 3 min nəfərin Milli Məskən Tərhi üçün pul yatırması təxmin edilir. Başqa ad yazdıran şəxslərin maddi müşküllər üzündən tərhə qatılmaq imkanı olmayacaq.
Milli Məskən Tərhində Ərdəbildə 750 evin tikilməsi gözlənilir. Məlumata görə, bu evlərin sahəsi pulsuz olacaq. Hökumətin 100 milyon tümənlik vamı 200 milyon tümənə yüksəltdiyi açıqlanıb.
Qeyd edək ki, İran dövləti son illərdə aşırı bahalaşan ev qiymətlərini bu tərhlə kontrol edə biləcəyini iddia edir. Ancaq uzmanlar bu kimi tərhlərin İranda ev qiymətlərinin enməsinə səbəb olmayacağını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button