Dünya

AMERİKADA ZİNDANLARIN BAĞLANMASINA SƏBƏB NƏDİR?

Amerika federal zindanları 25 il ərzində ilk dəfə bağlanıb.
Bu barədə “Government Executive” saytı Amerika Zindanlar Sazimanının məktubuna istinadən məlumat yayıb.
Hakimiyyət bu qərarı afroamerikalı Corc Floydun ölümündən sonra başlayan iğtişaşlar fonunda qəbul edib. Zindanların iğtişaşlar bitənə qədər bir müddət əmniyyətininin təmin olunması üçün bağlı qalacağı bildirilir.
Amerika Zindanlar Sazimanına ölkə üzrə 122 qurum daxildir. Burada təqribən 165500 nəfər zindandadır və demək olar ki, 37 min nəfər işçi var.
Xatırladaq ki, Amerikada iğtişaşlar mayın 25-də Minneapolis şəhərində polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə başlayıb. Ölkəni etirazlar bürüyüb, bir neçə əyalət və şəhərlərdə iztirari vəziyyət elan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button