Dünya

TRAMP: “NİZAMİ KADR VƏ QANUN İCRAÇISI MƏMURLARI SİLAHLANIBLAR”

Tramp Ağ Evdə çıxışı zamanı, “nəzm və qanunu quracağam. Ədalətin icra olunmasına və Corc Floydun qanının yerdə qalmamasına çalışacağam!” – deyə bildirib.
O, Amerikanın müxtəlif şəhərlərində olmuş etirazlarda xüşunətləri daxili terrorizm adlandırıb.
Qeyd edək ki, Trampın çıxışı zamanı etirazçılardan bir sırası Ağ Evin yaxınlığında etirazlarını davam etdirməkdə olublar.
“Haqlı etirazları və sülhlə olunan təzahüratın bir sıra qəzəblənmiş şəxslərin tərəfindən öz adi axarından çıxarılmasına icazə verə bilmərik. İğtişaş və qarəti dayandırmağa, dağıtma və yandırmalara son qoyulması üçün bütün federal nizami və qeyri nizami imklanlarımızdan istifadə edəcəyik. Mən nəzm, qanun və sülhlə yolu ilə etiraz edənlərin dəstək göstərən bir prezidentəm”, – deyə Amerika rəhbəri çıxışında bildirib.
Tramp həmçinin şəhərlərdə sakitçiliyi bərpa etmək üçün ordunun gücündən də istifadə edəcəyini vurğulayıb. “Vətəndaşların canını və malını qorumaq üçün hansısa şəhər və ya əyalət lazım olan iqdamları etməsə, məsələnin tezliklə bitirilməsi yöndə ordunu yerləşdirəcəyəm. İğtişaşın, qarətin, dağıtmanın, həmlə və əmvalın bilərəkdən dağıdılmasını dayandırmağa hal hazırda minlərlə əsgərimiz, nizami kadr və qanun icraçısı məmurları silahlanıblar”, – deyə əlavə edib.
Tramp danışığından sonra Ağ Evdən çıxaraq, qoruyucuları ilə birlikdə piyada “Sənt Con Kilsəsi”nə gedib.
Qeyd edək ki, polis Ağ Evin yaxınlığında toplaşmış təzahürat edənləri dağıtmaq üçün gözyaşardıcı qaz və plastik güllələrdən atəş açmalı olub.
Onu da xatırladaq ki, Afriqa köklü Corc Floydun Miniapolis şəhərində polis tərəfindən qətlə yetirilmiş və polis Derek Şavin ittiham olunaraq tutuqlanıb.
İttihamnaməyə əsasən, müttəhimin dizi 8 dəqiqə 46 saniyə Corc Floydun böynu üstündə saxlanılıb və bu müddətdən 2 dəqiqə 53 saniyə sonra Floyd ölüb.
Corc Floydun ailəsinin vəkili isə bildirb ki, bədənin yarılmasına istinadən Floydun ölməsinə səbəb elə videoda olan görüntüdür və onun boğulması həmin polis məmurunun dizinin fişarına görə baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button