İran

İranda işdən çıxarılan müəllimlərin sayı açıqlandı

İranda Mahmud Əhmədinəjad, Həsən Ruhani və İbrahim Rəisinin prezidentlikləri dövründə 2800 Universitet müəllimi baxışlarına görə işdən qovulub.

Bu barədə İranın “Etemad” qəzeti məlumat yayıb.

Məlumatda ildirilib ki, 2006-cı ilin ikinci yarısından, yəni təxminən 17 il əvvəldən başlayan işdən çıxarma prosesi daha çox İranın İslami Azad Universitetinin müəllimlərinə şamil edilib.

Tənqidçi müəllimlərin işdən çıxarılmasına haqq qazandırmaq üçün Universitet rəhbərləri onları dünyəviliyi təbliğ etməkdə günahlandırıblar.

Bununla yanaşı müəllimlər “əməkdaşlıq müqaviləsinin sona çatması, təqaüdə çıxma tarixinin yaxınlaşması, akademik durğunluq, əxlaqsız və ya qeyri-qanuni davranış və hərəkətlər etmək” kimi saxta səbəblərə görə işdən uzaqlaşdırılıblar.

Universitetlərdən qovulan müəllimlərin yerinə elmi səviyyələri aşağı olan “inqilabçı” müəllimlərin gətirilməsi təhsilin keyfiyyəti və səviyyəsinin kəskin aşağı düşməsinə səbəb olub.

2022-ci ilin sentyabr ayından başlayan və aylarla davam edən etiraz aksiyalarından sonra müəllimlərin Universitetlərdən qovulması, onların bəzilərinin “hökumətə qarşı təbliğat”da ittiham edilməsi halları dahada artıb.

Son günlər daha çox müəllimin işdən çıxarılacağı və 15 min “inqilabçı” və hakimiyyətə sadiq təhsil işçisinin təhsil sisteminə cəlb olunacağı barədə məlumatlar yayılıb.

Qeyd edək ki, “Etimad” qəzeti işdən qovulan 2800 müəllimin elmi dairələrdə daha çox tanınan 157-nin adını dərc edib.

Related Articles

Bir cavab yazın

Back to top button