“Dövlət katibi son bir həftə ərzində çoxsaylı təmaslarla şəxsən bu prosesdə iştirak edib. Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib. Ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik: həm qısamüddətli məsələ kimi hər iki dəhlizin açılmasını, həm də daha uzunmüddətli məsələ kimi iki ölkənin yekun razılığa gəlməsini”, – o vurğulayıb.