İran

İranda yanmış peyk buraxılış platformasının havadan görüntüləri

İranın orbitə peyk raketi buraxmaq cəhdi növbəti dəfə uğursuz olub.

İranın orbitə peyk raketi buraxmaq cəhdi növbəti dəfə uğursuz olub.

“Aznews tv”ın xəbərinə görə, İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı strateji əhəmiyyətli raket buraxılışı kompleksində partlayış baş verdiyi barədə məlumatlar yayılıb.

“Maxar Satellite Company” tərəfindən yayılan görüntülər İranın Semnan vilayətində “İmam Xomeyni” kosmik bazasının raket buraxılış sahəsinin ətrafının qara rəngdə olduğunu göstərir.

Bazanın bu vəziyyətdə olması orada partlayışın baş verdiyi ehtimalını gücləndirir və İran hökumətinin orbitə peyk raketi buraxmaq cəhdinin növbəti dəfə iflasa uğradığını təsdiq edir.

İran rəsmiləri daha öncə sözügedən yerdən peyk raketi buraxacaqları barədə danışsalar da, indi baş verən partlayış və raketin buraxılıb-buraxılmaması barədə açıqlama vermirlər.

Related Articles

Bir cavab yazın

Back to top button