Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

İtaliya İranın həbs etdiyi jurnalistlə bağlı açıqlama yaydı

İranda həbs olunan italiyalı jurnalist Çiçeliya Salaninin nə vaxt azadlığa buraxılması ilə bağlı proqnoz vermək çətindir.

Bu barədə İtaliyanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Bu barədə aparılan danışıqlar həssas və çətindir, buna görə də, hamını məsələ ilə bağlı yanaşmalarda ehtiyatlı olmağa çağırırıq”,- bəyanatda deyilib.

Bununla eyni vaxtda İranın Mədəniyyət və İrşad Nazirliyi də bəyanat yayaraq  Çiçeliya Salaninin “İran qanunlarını pozduğuna” görə saxlanıldığını iddia edib.

Qeyd edək ki, İran hökumətinin təhlükəsizlik məmurları dekabrın 19-da italiyalı jurnalist Çiçeliya Salani həbs ediblər.

İnsan haqları təşkilatları jurnalistin həbsini İranın girov götürmə hərəkəti kimi dəyərləndiriblər.

Jurnalistin həbsi ABŞ tərəfindən axtarışda olan 38 yaşlı iranlı Məhəmməd Abedini Nəcəfabadinin dekabrın 16-da Milan hava limanında saxlanılmasından sonra baş verib.

Ekspertlər İranın italiyalı jurnalisti həbs edərək, onu Məhəmməd Abedini Nəcəfabadi ilə dəyişməyi planlaşdırdığını bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button