İran

Güney azərbaycanlı ictimai şəbəkə fəalı İran əmniyət orqanları tərəfindən tutulub

Güney Azərbaycanın Zunuz şəhərindən olan Müctəba Doholi tir ayının 14-də heç bir əsas göstərilmədən İranın əmniyət orqanları tərəfindən tutulub.

Verilən bilgilərə görə, məhkəmə hökmü olmadan tutulan fəal iki saat dindirilib və sorğu-suala tutulub.

Müctəba Doholi “Zunuzun Adinə qızıl mədəninin istixracına müxalif cəmiyyəti” adlı Teleqram kanalının adminlərindəndir.

O, Kerman şəhərinin “Azərməskən İraniyan” şirkətinin Zunuzun qızıl mədənlərini istixrac etməsini tənqid etdiyinə, bununla bağlı yaydığı paylaşımlara görə tutulub.

Müctəba Doholi Zunuz şəhərinin polis qüvvələrinin fərmandehinin şəxsi tapşırığı əsasında tutulduğu, hədələndiyi deyilir.

O, ictimai şəbəkələrdə Azərbaycan mədənlərindən əldə edilən məhsulların İranın başqa bölgələrinə daşınmasına etiraz edib.

Bildirək ki, Doholi, bölgədə yaranan ekoloji problemlər və çevrənin məhv edilməsi barədə yayınladığı tənqidi və bilgiləndirici fəaliyyəti ilə tanınır.

Related Articles

Bir cavab yazın

Back to top button