İran

İran milli basketbol komandasının oyunçuları İranın himnini oxumaqdan imtina ediblər

İran milli basketbol komandasının oyunçuları cümə günü Azadi Basketbol Salonunda Çin milli komandası ilə oyunun açılış mərasimində İrandakı etirazlarla həmrəylik əlaməti olaraq İslam Respublikasının rəsmi himnini oxumaqdan imtina ediblər.

Noyabrın 12-də İranın milli basketbol komandası Tehranın Azadi stadionunda dünya çempionatının seçmə mərhələsində Çin millisi ilə qarşılaşıb və 72-81 hesabı ilə uduzub.

Bu oyunun rəsmi açılış mərasimində Azadi basketbol zalının spikerlərindən İslam Respublikasının rəsmi himninin səsləndirildiyi zaman İran milli basketbol komandasının üzvləri himni oxumaqdan imtina edərək səssiz dayanıblar.

Rəsmi yarışlarda İslam Respublikasının himninin oxunmasından imtina dalğası ötən həftədən Birləşmiş Ərəb Əmirliklərində çimərlik futbolu yarışları zamanı pik həddə çatıb.

İranın çimərlik futbolu üzrə milli komandasının üzvləri ölkədə davam edən etiraz aksiyalarına dəstək məqsədilə bu ölkənin himnini oxumayıblar.

Çimərlik futbolu komandasından sonra İranın kişilərdən ibarət vaterpolo milli komandasının üzvləri də Asiya çempionatı oyunlarında İslam Respublikasının himnini oxumaqdan imtina ediblər.

Bununla yanaşı noyabrın 10-da İran milli futbol komandasının Nikaraqua milli komandasına qarşı keçirilən hazırlıq oyununun açılış mərasimində İran komandasının əksər oyunçuları etirazçılara dəstək məqsədilə İslam Respublikasının himnini oxumayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button