Dünyaİran

Rəsmi Parisdən İrana tələb: “Fransa vətəndaşları dərhal azad edilsin”

Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq İrandam bu ölkədə özbaşına saxlanılan Fransa vətəndaşlarının dərhal azad edilməsini tələb edib.

Bununla yanaşı Fransa öz vətəndaşlarına İranı mümkün qədər tez tərk etmələrini tövsiyə edib.

Rəsmi Paris bir daha vurğulayıb ki, İranda həbsdə olan iki Fransa vətəndaşı Sisil Kuller və Jak Parrinin iddia edilən “etirafları” ilə bağlı İslam Respublikasının “tam hesabat” adı altında təqdim etdikləri şeylər tamamilə yalandır.

“Bu hesabatda məcburi şəkildə alınmış saxta etiraflar var”,- deyə, Fransa Xarici İşlər Nazirliyinin oktyabrın 7-i gecə saatlarında yaydığı bəyanatında bildirilib.

Qeyd edək ki, İran İslam Respublikası Radio və Televiziya Şirkətinə bağlı ərəb dilli “Əl-Aləm” telekanalı oktyabrın 6-da iki Fransa vətəndaşının məcburi etiraflarını yayıb.

Onların beş ay əvvəl “İslam Respublikasını devirmək üçün inqilaba hazırlıq işləri aparmaq məqsədilə İrana səfər etdikləri”ni iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button