İran

İrana silah qaçaqmalçılığında ittiham olunan şəxs İspaniyadan Amerikaya təhvil verildi

İspaniya Ali Məhkəməsi aprelin 20-də Türkiyə vətəndaşını raketlərin istehsalı üçün istifadə olunan avadanlığın qaçaqmalçılığı və Birləşmiş Millətlər Təşkilatının İrana qarşı hərbi sanksiyalarını pozmaqda ittiham edərək Amerikaya təhvil verilməsi ilə bağlı qərar çıxarıb.

Murad Bukay adlı Türkiyə vətəndaşı ötən ilin sentyabrında Amerika Prokurorluğunun istəyi ilə Barselona hava limanında həbs edilmişdi. Bukaya qarşı irəli sürülən ittihama görə, o, təxminən 10 il öncə ballistik raket istehsalında istifadə olunan yanacaq batareyaları və biosensorları qaçaqmalçılıq yolu ilə İrana göndərib.

Xatırladaq ki, İran həmin vaxt BMT-nin silah sanksiyaları altında idi və raket istehsalında istifadə olunan avadanlıq və texnologiyanın bu ölkəyə satışı qadağan idi, lakin bu sanksiyalar 2020-ci ildə ləğv edildi. Buna baxmayaraq, İrana qarşı hərbi və iqtisadi sanksiyalar hələ də qüvvədə qalmaqdadır.

Related Articles

Bir cavab yazın

Back to top button