Azərbaycan

Təbrizli fəala cərimə cəzası verilib

Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi milli fəala barədə çıxarılan cəzanı dəyişib.

Təbrizli milli fəal Höccət Muxtazadə özünün sosial media hesabənda etdiyi paylaşımda bundan öncə Təbrizin İnqilab Məhkəməsində “hökumətə qarşı təbliğat” ittihamına görə barəsində çıxarılan bir il həbs cəzasının Şərqi Azərbaycan Apeliyasiya Məhkəməsi tərəfindən 5 milyon tümən cərimə cəzası ilə dəyişdirildiyi barədə qərar çıxartdığınə yazıb.

Bundan öncə 2020-ci il avqustun 31-də Muxtar Höccətzadə noyabr etirazları ilə bağlı barəsində açılmış cinayət işinə görə Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 16-cı bölməsinə getdiyi zaman “kiberməkanda yalan məlumat yaymaq”, “GAMAC-a üzv olmaq” və “hökumətə qarşı təbliğat aparmaq” ittihamı ilə saxlanılmış, iki gün sonra 300 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmışdır.

Milli fəal paylaşımında “kiberməkanda yalan məlumat yaymaq” ittihamına görə, 500 min tümən cəriməyə məhkum edildiyini və “GAMAC-a üzv olmaq” ittihamından isə bəraət aldığını bildirib.

Təbrizli fəal noyabrın 17-də Ettelaat əməkdaşları tərəfindən öz iş yerində saxlanılıb. O iki həftə Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra noyabrın 30-da bu şəhərin mərkəzi zindanına köçürülmüşdür.

İranda gözlənilmədən yanacağın qiymətinin bahalaşması ilə əlaqədar kütləvi etiraz aksiyaları keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal həbs olunmuşdur.

Höccət Muxtarzadə bundan əvvəl 2011-ci ildə Urmu gölünün quruması ilə bağlı keçirilən aksiyalra qatıldığına görə 3 ay müddətinə həbs cəzasına məhkum edilmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button