İran

FARS USTANINDA GÜCLÜ ZƏLZƏLƏ OLDU

İranın Fars ustanında 5,7 rişter gücündə ikinci zəlzələ baş verib
Zəlzələ Fars ustanının Laristan bölgəsinin Beyrəm məntəqəsində yenidən silkələyib.
Tehran Danişqahının Jeofizik Danişkədəsinin Lərzənigarlıq Mərkəzi xəbər verir ki, yenidən həmin bölgədə 5,1 rişter gücündə zəlzələ baş verib.
Mərkəzdən verilən məlumata görə, zəlzələ saat 21:48-də Yerin 11 kilometr dərinliyində gerçəkləşib.
Fars ustanının Böhran Mudiriyəti İdarəsinin rəisi Rəhim Azadi mətbuata açıqlamasında bildirib: “Laristanın Beyrəm məntəqəsində baş verən iki zəlzələ heç bir itki və tələfat verməyib və daha çox bəzi kənd evlərinə ziyan vurub”.
Onun sözlərinə görə, 5.1 və 5.7 rişter gücündə iki zəlzələdən sonra qiymətləndirmə qrupu Laristanın Beyrəm məntəqəsində gedib.

Related Articles

Bir cavab yazın

Back to top button