Azərbaycanİran

Xoy zəlzələsində ziyan görənlərin sayı artıb

Yanvarın 28-i gecə yerli vaxtla saat 21:44-də Qərbi Azərbaycan əyalətinin Xoy bölgəsində baş verən 5.9 bal gücündə zəlzələ nəticəsində 3 nəfər ölüb, 1075 nəfər yaralanıb.

Zəlzələ nəticəsində Xoy, Salmas şəhərləri ilə yanaşı 70 kənddə evlərin 80%-ə dək dağıdığı bildirilir.

Xəsarət alanlardan 10 nəfəri əməliyyat olunduğu, 24 nəfər isə vəziyyətlərinin ağır olduğu üçün reanimasiya bölmələrinə yerləşdirilib.

İlk zəlzələdən sonra səhər saatlarına kimi daha 17 yeraltı təkanın qeydə alındığı bildirilir.

İran daxili işlər naziri hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının sona çatdığını deyib.

Əlaqədar dövlət qurumlarının xəsarət alanların yerləşdirilməsi ilə bağlı iddialarına baxmayaraq, yerli əhali və internet istifadəçiləri əjalinin acınacaqlı durumda olduğu barədə çox saylı paylaşımlar edirlər.

Onların bildirdiyinə görə, havanın şaxtalı olması və soyuq hava şərayitinin daha 3 gün davam edəcəyinin proqnozlaşdırıldığı bir vaxtda xəsarət alanlara yetərli yardımın göstərilməməsi onların durumunun dahada ağırlaşmasına səbəb olub.

Hökumətin yetərli tədbirlər görmədiyinə görə, Güney Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Təbriz, Urmu, Ərdəbil və başqa şəhərlərdən könüllülər xəsarət alanlara yardımlar toplamağa başlayıblar.

 

Related Articles

Bir cavab yazın

Back to top button