İran

İranın İnqilab Keşikçiləri Korpusunun bazasında partlayış olub

Partlayış ətraf bölgələrdə zəlzələ effekti verib.

Martın 19-dan 2–ə keçən gecə İranın Kirmanşah və Kürdistan əyalətlərində zəlzələ baş verdiyi barədə məlumat yayılıb.

Rəsmi dövlət qurumları Kürdüstan əyalətinin Kamiyaran şəhərində 4.1 bal gücündə zəlzələ baş verdiyi, titrəyişlərin Kürdüstan və Kirmanşah əyalətlərinin bir sıra bölgələrində hiss olunduğu barədə məlumat yayıblar.

Yerli qaynaqlar, Kamyaran şəhərinin əhalisi və sosial media fəalları, müxalif qruplar bunun İnqilab Keşikçiləri Korpusunun Kamyaran şəhərinin “Vərməncə” kəndi yaxınlığında yerləşən hərbi bazasında partlayış olduğunu, partlayışın gücünün ətraf bölgələrdə zəlzələ effekti verdiyini bildirirlər.

Onlar partlayışın şiddətindən ətraf bölgələrdə bəzi evlərin xəsarət aldığını, divarların çatladığını və əhalinin evlərindən çıxaraq küçələrdə gecələdiklərini qeyd ediblər.

Partlayış bölgəsinə yaxın olan Rəvansər şəhərinin fərmandarı Sədi Mustafazadə əhaliyə müraciət edərək onların sakitliyə və təhlükəsizlik qaydalarını gözləməyə çağırıb.

Mustafazadə hər hansı dağıntı və insan itkisi barədə məlumat vermədən, yerlərdə araşdırmalar aparıldığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button