İran

Qaçırılan “Golf sky” gəmisi İranın xeyirinə fəaliyyət göstərib

Qaçırılan “Golf Sky” gəmisinin keçmiş heyəti, qaçırılmanın ayrıntılarını açıqlayıb ki, bu da İranın gizli nəft qaçaqmalçılığı navqanında fəaliyyət göstərdiyindən xəbər verir.

2020-ci ilin juiyyə ayında “Golf Sky” tankeri xədəməsi ilə birlikdə İmarat sularından yoxa çıxıb. Bir neçə gün sonra bu gəmi İranda tapıllb və indi nəft satışına görə təhrimləriı pozaraq “gizli navqanda” İran rejiminə kömək etməkdə şübhəli bilinir.

Gəminin yoxa çıxması ilə bağlı “BBC”yə müsahibə verən 8 keçmiş xədəmə bir qrup silahlı tərəfindən qaçırıldıqlarını bildiriblər. Gəmi kapitanı Cuginder Sinqdən başqa hər kəs, öz əmniyəti və həyatından qorxaraq adlarının çəkilməməsini istəyiblər.

Kapitan Cuginder Sinqin sözlərinə görə, hamısı qara geyimdə olan silahlı üç nəfər gəmiyə mindikdən sonra deyiblər: “Sizə zərər vermək istəmirik, amma məcbur qalsaq, verəcəyik. Amerika bu gəmini oğurlayıb və biz onu geri alırıq”.

Dənizçilərdən biri deyir: “Öncə onların dəniz oğruları olduqlarını düşünürdük, amma son dərəcə profesional idilər – nə etdiklərini bilirdilər”.
edited 12:21

Related Articles

Bir cavab yazın

Back to top button