İran

Mərəndin 3 kəndinin adı geri qaytarılıb

Mərəndin üç kəndinin türk adları sakinlərin çalışmaları ilə geri qaytarılır. Bu barədə Mərənd Şəhər Fərmandarlığının İctimaiyyətlə ilgilər şöbəsi məlumat yayıb. Belə ki, Şərqi Azərbaycan ustandarının müavininin başçılığı ilə toplantı keçirilib. Məlumata görə, bu toplantı Duqican, Üryantəpə və Pəyam kəndlərinin adlarının dəyişdirilməsi ilə bağlı sakinlərin və kənd şuralarının müraciəti əsasında baş tutub.
Beləliklə, bölgə işçi qrupunda Pəyam kəndinin adının Yam, Üryantəpə kəndinin Ayrandibi, Duqican kəndinin isə Doycan adı ilə dəyişdirilməsinə razılıq verilib.
Qeyd edək ki, gedişat qaydalarına uyğun olaraq son təsvib üçün işçi qrupunun müsəvvəbələri ustan üzrə işçi qrupuna, daha sonra Daxili İşlər Vəzirliyinə və Vəzirlər Kabinəsinə göndəriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button