Bölgəİran

İsrail: “SEPAH və “Hizbullah”ın milyonlarla dollar kriptovaliyutasını ələ keçirdik”

İsrail İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livan "Hizbullah"ına məxsus milyonlarla dollarlıq kriptovalyutanı ələ keçirib.

Bu barədə İsrail mediası müdafiə naziri Yoav Qallanta istinadən məlumat yayıb.

O, dəqiq məbləği açıqlamadan bunun İsrailin indiyə qədər bu qruplardan ələ keçirdiyi ən böyük rəqəmsal valyuta olduğunu söyləyib.

Yoav Qallanta həmçinin SEPAH-ın Qüds qüvvələri və Hizbullahın bu rəqəmsal aktivdən terrorizmi maliyyələşdirmək üçün istifadə etməyi planlaşdırdıqlarını bildirib.

İsrailin müdafiə naziri həmçinin bəyan edib ki, Müdafiə Nazirliyinin Terrorizmlə İqtisadi Mübhribə İdarəsi, İsrail Xarici Kəşfiyyat Xidməti, Mossad, İsrailin hərbi kəşfiyyatı, polisi və digər rəsmilər əməkdaşlıq edir.

“İsrail İrana və terroru maliyyələşdirən digər qruplara qarşı mübarizəni davam etdirəcək”,- Qallant vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button