İran

İran məhbus sayına görə dünyada altıncı yerdədir

“Dünya Zindanı Naməsi” adlı təşkilatının yaydığı yeni rapora görə, Amerika hələ də böyük fərqlə dünyada ən çox sayda məhbusa sahibdir.

Dünyadakı 11 milyon məhbusdan iki milyonu Amerikanın payına düşür ki, bu da 100 min nəfərə düşən məhbus sayına görə bu ölkəni dünyada ilk sıraya çıxarır.

İranda hər 100 min əhali başına 294 məhbus düşür və Türkiyədən sonra dünyada altıncı yerdədir.

Hər 100 min əhali başına 71 məhbusu olan Alman, dünyanın 223 ölkəsi və bölgəsi arasında 174-cü yerdədir.

Son aylarda İran məhkəmə orqanları ölkədə koronavirus böhranı və zindanlarda məhbus sayının azaldılması ilə bağlı, bir qrup məhkumun müvəqqəti və daimi əsaslarla azad edildiyi barədə açıqlamalar veriblər. Ancaq bununla ilgili dəqiq neçə məhbusun həqiqətən azadlığa buraxıldığı və bu rəqəmin aamarda da qeyd edilib-edilmədiyi bəlli deyil.

Related Articles

Bir cavab yazın

Back to top button