Dünya

İranla əməkdaşlığına görə Venesuela prezidentinə sanksiya tətbiq edilib

Amerika İrana və bu ölkə ilə əməkdaşlığına görə Venesuela prezidenti Nikolas Maduroya qarşı təhrim tətbiq edib. Bunu Amerika xarici işlər vəziri Mayk Pompeo bildirib. Onun sözlərinə görə, təhrim tədbirləri ölkənin atom proqramında iştirakına görə beş iranlı alimə və İran difa sənayesinə, onun rəhbərliyinə, habelə Venesuela prezidenti Nikolas Maduroya qarşı tətbiq olunur. Pompeo deyib ki, müvafiq fərman Amerika prezidenti Donald Tramp tərəfindən 21 septambrda imzalanıb. “Bu fərmana əsasən, ilk addım İran difa vəzirliyinə və İran Silahlı Qüvvələrinin maddi-tekniki bölmələrinə təhrimlərin tətbiq edilməsidir. İranla ilgisinə görə Maduroya qarşı təhrim tətbiq olunur”, -deyə o, bəyan edib. Pompeo Amerikanın yalnız təhrim tətbiq etməyəcəyini, həm də Tehrana qarşı silah təhrimini yenidən başlamasını vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button